Professor Doktor
Nərgiz İsmayılova
Göz həkimi
26 oktyabr 1986-cı ildə Bakı şəhərində anadan olub.
1993-2004-cü illərdə Bakı şəhəri 286 nömrəli məktəbdə orta təhsili alıb.
2004-2010-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirib.
2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxanasında Oftalmologiya ixtisası üzrə praktiki təcrübəni tamamlayıb.
2012-2017-ci illərdə Türkiyə Ege Universiteti tibb fakültəsində göz xəstəlikləri üzrə uzmanlıq təhsili alıb.
2018-2022-ci illərdə Dünyagöz klinikasında cərrah-oftalmoloq olaraq işləyib.
2022-ci ildən etibarən Batıgöz klinikasında həkim-oftalmoloq olaraq fəaliyyətinə davam edir.
TOD 51-ci Beynəlxalq Konqresində Birincilik mükafatı sahibi.